İmamqulu mirzə Qovanlı-Qacar

İmamqulu mirzə Qovanlı-Qacar- İran şahzadəsi, Məhəmmədəli mirzə Qovanlı-Qacarın oğlu

İMAMQULU MİRZƏ QOVANLI-QACAR
Imаmqulu mirzə Məhəmmədəli mirzə оğlu Qovanlı-Qacar
Digər adıİmamqulu mirzə İmadəddövlə
Doğum tarixi
Doğum yeriTehran
Vəfat tarixi
Vəfat yeriTehran
AtasıMəhəmmədəli mirzə Qovanlı-Qacar
Fəaliyyətişahzadə

Həyatı

İmamqulu mirzə Məhəmmədəli mirzə oğlu 1814-cü ildə Tehran şəhərində dünyaya gəlmişdir. Mükəmməl saray təhsili almışdı. İmadəddövlə ləqəbini daşıyırdı. Kirmanşahın valisi olmuşdu. O, mütərəqqi ideyaları ilə seçilirdi. Təyinatı üzrə hara gedirdisə abadlığa, quruculuğa çalışırdı. Rüşvətxor vəzirlər ondan xoşlanmırdılar. Çalışıb gözdən salmaq istəyirdilər.

İmamqulu mirzə 1875-ci ildə vəfat edib. Kərbəladakı İmam Hüseyn türbəsi ilə dəfn olunur.[1]

Ailəsi

İmamqulu mirzənin Əliqulu mirzə, Məhəmmədhüseyn mirzə, Ağacan Mürtəzaqulu mirzə, Cəlaləddin mirzə, Əmir Məcdəddin mirzə, Sultan İbrahim mirzə, Sultan İsmayıl mirzə, Məlik Qasım mirzə, Məlik Irəc mirzə, Ishaq mirzə adlı oğulları, Sərvərüssəltənə хanım, İzzətülmələk хanım Əşrəfüssəltənə adlı qızları vardı.

Mənbə

  • Ənvər Çingizoğlu, Qacarlar və Qacar kəndi, Bakı, "Şuşa", 2008, 334 səh.

Həmçinin bax

Xarici keçidlər