İlqar Orucov

Vətən Müharibəsi Qəhrəmanı

İlqar Rəhman oğlu Orucov (19 yanvar 1984, Kirovabad) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı.[1]

İlqar Orucov
Şəxsi məlumatlar
Doğum tarixi19 yanvar 1984(1984-01-19) (40 yaş)
Doğum yeri
Vətəndaşlığı
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Azərbaycan Ordusu
Qoşun növüAzərbaycan Xüsusi Təyinatlı Qüvvələr
Xidmət illəri2001-ci ildən
RütbəsiPolkovnik-leytenant
Döyüşlərİkinci Qarabağ müharibəsi
 • Murovdağ döyüşləri
 • Cəbrayılın azad edilməsi
 • Füzulinin azad edilməsi
 • Hadrutun azad edilməsi
Sentyabr döyüşləri
Antiterror əməliyyatı
Təltifləri
"Vətən Müharibəsi Qəhrəmanı" medalı
"Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı "Azərbaycan Bayrağı" ordeni "Cəbrayılın azad olunmasına görə" medalı "Füzulinin azad olunmasına görə" medalı "Xocavəndin azad olunmasına görə" medalı "Kəlbəcərin azad olunmasına görə" medalı "Hərbi xidmətlərə görə" medalı"Şücaətə görə" medalı "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı

Haqqında

Orucov İlqar Rəhman oğlu 19 yanvar 1984-cü ildə Gəncə şəhərində anadan olub. 1990-cı ildə Gəncə şəhərində şəhid Nizami Aydın adına 18 saylı tam orta məktəbə daxil olub, 2000-ci ildə həmin məktəbi fərqlənmə ilə bitirib. 2001–2005-ci il tarixlərində Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində qoşun kəşfiyyatı ixtisası üzrə təhsil alıb. Daha sonra SQ TTM -də təhsilini xüsusi təyinatlı ixtisası üzrə davam etdirib. 2006–2017-ci illərdə Naxçıvan Muxtar Respublikasında Xüsusi təyinatlı h/h-də müxtəlif vəzifələrdə xidmət edib. 2018–2019-cu illərdə SQ Hərbi Akademiyasında magistr pilləsi üzrə təhsil almışdır. Təhsilini başa vurduqdan sonra Xüsusi Təyinatlı Qüvvələrdə təyinatla müəyyən vəzifəyə təyinat alıb və xidmətini davam etdirir. İkinci Qarabağ müharibəsinin ilk günündən başlanılan əks hücum əməliyyatı zamanı Murovdağ istiqamətində bir neçə strateji yüksəkliyin düşməndən azad edilməsi və düşmənin canlı qüvvəsinin, döyüş texnikalarının darmadağın edilməsinə nail olmuşdur. Döyüşlərin gedişatında Cəbrayıl, Füzuli şəhərləri də daxil olmaqla həmin rayonların ümumilikdə 25-dən çox kəndini, Xocavənd rayonunun isə 15-ə yaxın kəndini tabeliyindəki şəxsi heyətlə düşmən işğalından azad edilməsində iştirak etmişdir. Ümumilikdə döyüş əməliyyatlarının gedişi zamanı tabeliyindəki şəxsi heyətlə düşmənin 450-dən çox canlı qüvvəsini, 25 zirehli texnikasını, 30-dan çox döyüş və digər nəqliyyat vasitələrini, bir çox reaktiv artilleriya atəş vasitələrinin idarə etmə məntəqələrini darmadağın etmişdir. Döyüş əməliyyatları və xüsusi əməliyyatların gedişi zamanı göstərdiyi şəxsi şücaəti, mərdliyi ilə fərqlənmiş və tabeliyindəki şəxsi heyəti bacarıqla idarə edərək Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında qarşıya qoyulan bütün növ döyüş tapşırıqlarını yerinə yetirmişdir.

Ailəlidir. 2 övladı var.

9 dekabr 2020-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu İlqar Orucova Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmişdir.[2]

2021-ci ilin iyun ayında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq əmri ilə polkovnik-leytenant rütbəsi verilmişdir.

Təltifləri

Həmçinin bax

İstinadlar