İbrahim İbrahimli

İbrahim İbrahimli və ya İbrahim İbrahimov (1952, Zeynəddin, Naxçıvan rayonu16 iyun 2021[1]) — Azərbaycan SSR Ali Sovetinin XII çağırış deputatı[2].

İbrahim İbrahimli
bayraq
Müsavat Partiyasının başqan müavini
bayraq2
2001 – ?
Başqanİsa Qəmbər
ƏvvəlkiVəzifə təsis edildi.
bayraq
Müsavat Partiyasının humanitar məsələlər üzrə katibi
bayraq2
? – 2001
SonrakıVəzifə ləğv edildi.
Şəxsi məlumatlar
Doğum tarixi1952
Doğum yeri
Vəfat tarixi16 iyun 2021(2021-06-16)[1]
Vəfat səbəbibeyin xərçəngi[d]
Partiya
Təhsili
Fəaliyyətisiyasətçi

Haqqında

Azərbaycan Xalq Cəbhəsi Naxçıvan Vilayət Təşkilat şöbəsinin müdiri vəzifəsində işləmişdir[3].

Daha sonra Müsavat Partiyasına üzv olmuşdur. Bir müddət partiyanın Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sədri olmuşdur.

2000-ci il parlament seçkilərində İbrahim İbrahimli Müsavat Partiyasının proporsional seçki üzrə vahid namizədlər siyahısında partiya daxili keçirilmiş praymerizə əsasən 6-cı sırada olmuşdur.[4] Müsavat Partiyası proporsional seçkilər üzrə 140 546 səs (ümumi səslərin 4,85%-i) toplamış, lakin 6%-lik seçki həddini keçə bilmədiyi üçün mandat qazana bilməmişdir. Beləliklə, İbrahim İbrahimli deputat seçilə bilməmişdir.[5][6]

5 may 2015-ci ildə Müsavat Partiyası sıralarından istefa vermişdir.[7] Daha sonra Demokratik Qüvvələrin Milli Şurasında fəaliyyət göstərməyə davam etmişdir.

16 iyun 2021-ci ildə uzun sürən xəstəlik-beyin xərçəngi səbəbi ilə vəfat etdi.

Parlamentdə

İbrahim İbrahimli Azərbaycan SSR Ali Sovetinin XII çağırışında Naxçıvan MSSR-in Babək rayonundan – 341 nömrəli Leninabad seçki dairəsindən deputat seçilmişdir[2]. 5 fevral 1991-ci ildə Azərbaycan SSR Ali Soveti birinci sessiyasının Katibliyi tərkibinə seçilmişdir[2].

O, 26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibinə daxil edilmişdir[3].

O, 6 dekabr 1993-cü il tarixində Azərbaycan Respublikasının ilk milli Konstitusiyası layihəsini hazırlayan komissiyanın tərkibinə Azərbaycan Xalq Cəbhəsi İcraiyyə Komitəsinin sədri oladaq daxil edilmişdir.[8]

İstinadlar