İbn Rüstə

İbn Rüstə[1]; Əbu Əli Əhməd ibn Ömər ibn Rüstə — IX əsrin 2-ci yarısı – X əsrin əvvəllərində yaşamış ərəb alimi, coğrafiyaşünas. Uzun müddət elmi ədəbiyyatda səhvən İbn Dasta kimi tanınmışdır. Mənşəcə farsdır.

İbn Rüstə
Doğum tarixibilinmir
Doğum yeri
Vəfat tarixi903

Həyatı

İbn-Rüsta "Qiymətli incilər" əsərinin müəllifidir. Bu əsərdə о, hətta Şərqi Avropa haqqında və burada yaşayan xalqların adət-ənənələri barədə məlumatlar verir. Əsərdə Volqa-Kama türkdilli xalqlara İslam dininin IX əsrdə ərəblərin gətirdiyi qeyd olunur. İbn-Rusta bulqarları səciyyələndirərək yazır: "Bulqarlar Xəzər dənizinə tökülən çayın sahilində məskunlaşmışlar. Onların ölkələri bataqlıq və meşəliklərdən ibarətdir". Daha sonra Kuyab (Kiyev) haqqında məlumat verərək yazır: "Bu slavyan ölkəsi düzənlik və meşəliklərdən ibarətdir".

İstinadlar

Mənbə

Sayyid Maqbul Ahmad. İbn Rüste // Türkiye Diyanet Vakfı İslâm Ansiklopedisi. Cilt XX. Ankara: Türkiye Diyanet Vakfı Yayınevi, 1999, s. 253-254.

Xarici keçidlər