İbn İzari

Əbu Abbas Əhməd ibn Məhəmməd ibn İzari Mərrakuşi (ərəb. أبو العباس أحمد ابن عذاري المراكشي‎) — XIII əsrin sonunda və ya XIV əsrin əvvəllərində yaşamış Məğrib tarixçisi. O, Məğribin və Əndəlusun orta əsrlərdəki tarixi haqqında 1312-ci ildə yazılmış "Əl-Bəyan əl-Muğrib"in[1] müəllifidir.[2]

İbn İzari indiki Mərakeşdə anadan olmuş və orada yaşamış, Fəsin qazisi olmuşdur. Onun həyatı haqqında çox az şey məlumdur. Onun sağ qalan yeganə əsəri olan "Əl-Bəyan əl-Muğrib" Şimali Afrikanın 640/1-ci ildə Misirin fəthindən 1205/6-cı ildə Əlmüvəhhidi fəthlərinə qədər olan tarixidir.[3] Onun müasir elm üçün dəyəri itmiş köhnə əsərlərdən çıxarışlarında və başqa yerdə tapılmayan materialında, o cümlədən IX əsrdə Əndəlusda ilk vikinq basqınları haqqında hesabatlardadır.[4] O, islam dünyasının müxtəlif xəlifələri, imamlarıəmirləri haqqında başqa bir bioqrafik əsəri xatırlatmışdır, lakin bu, itmişdir. 712-ci ildən sonra vəfat etmişdir.

İstinadlar

Əlavə ədəbiyyat

  • Ahmed Siraj: L'Image de la Tingitane. L'historiographie arabe médiévale et l'Antiquité nord-africaine. École Française de Rome, 1995. ISBN 2-7283-0317-7ISBN 2-7283-0317-7. Short biographical note.
  • N. Levtzion & J.F.P. Hopkins, Corpus of early Arabic sources for West African history, Cambridge University Press, 1981, ISBN 0-521-22422-5 (reprint: Markus Wiener, Princeton, 2000, ISBN 1-55876-241-8). Short biographical note and English translation of extracts from Al-Bayan al-Mughrib.