Üçüncü simfoniya (Motsart)

Simfoniya No. 13E MajordaVolfqanq Amadey Motsarta aid edilən və K. 18 nömrəsi ilə qeyd edilən simfoniyadır. Hazırda əsər Erkən klassik dövrün aparıcı alman bəstəkarlarından olan Karl Fridrix Abelə aid edilir.

Simfoniya No. 3
BəstəkarVolfqanq Amadey Motsart
TonallıqE major
Formasimfoniya
Opusop. 7
HissələrMolto allegro
Andante
Presto

Əsərin ilkin olaraq Motsart tərəfindən yazılması fikrinin yayılmasına səbəb not əlyazmasının azyaşlı Motsart tərəfindən köçürülməsi və Motsartın ilk külliyyatını nəşr edən Breitkopf & Härtel nəşriyyat evinin əsəri "Simfoniya No. 3 in E♭, K. 18" kimi kataloqlaşdırması olmuşdur. Sonradan məlum olmuşdur ki, bu əsər Abelə məxsusdur və 1764-cü ildə Londona səfər edərkən Motsart onun notlarını köçürmüşdür (ehtimal ki, tədris məqsədilə).

Bu simfoniya ilk dəfə Abelin "Altı Simfoniya, Op. 7" toplusunda nəşr edilmişdir. Lakin, Motsartın əlyazma nüsxəsi Abelin nəşr edilmiş nümunəsindən fərqlənir, belə ki, Motsart klarnetlərin partiyasını qoboylarla əvəz etmişdir.[1]

\relative c' {  \key es \major  \tempo "Molto allegro" <g es'>2\f bes'4-. g-. es4.\startTrillSpan( d16\stopTrillSpan es) g4-. bes,-. c2. as''8\p r f r d r as r f r <g, es'>2\f}

Əsər aşağıdakı hissələrdən ibarətdir:

  1. Molto allegro
  2. Andante
  3. Presto

İstinadlar

Xarici keçidlər