Çulumlar

Vikipediya saytından
Naviqasiyaya keçAxtarışa keç

Çulumlar (çulımca Çulımnar (Чулымнар)) - Türk xalqlarından biri. Əsasən Rusiyanın Tomsk vilayətiKrasnoyarsk diyarında yaşayırlar. Milli cəhətdən xakaslara yaxındırlar.

2002-ci ildə aparılmış siyahıya almaya əsasən Rusiyada 656 nəfər çulum türkü yaşayır.[1]

2010-cu ilin siyahıyaalmasında isə yalnız 355 çulum qeyd olunub.[2]

"Çulum / Çulım" adını çox güman ki Çulım çayından alıblar. Özlərini Ös-kijiler (Öс кижилер) (ös kişilər (insanlar)), Pestın-kijiler (Пестын кижилер) (Bizim kişilər (insanlar)), və rusların tarix boyu türk xalqlarını "tatar" adlandırmalarına görə Tatarlar / Çulım tatar (Татарлар / Чулым татар) adlandırırlar.

Ruslar vaxtı ilə təhqir, alçaltma üçün onları "isaşnıye" (исашные) (əslində "yasaçnıye" (ясачные) sözünün təhrifi), yəni "yasaq ödəyənlər", və ya "aborigenı", yəni "aborigenlər" olaraq adlandırırdılar; Sibirdə bəziləri hələ də belə ifadələrdən istifadə edirlər.[3]

Xarici keçidlər

mənbəni redaktə et

Naviqasiya menyusu