Çelsi (Manhetten)

Çelsi (ing. Chelsea) — Nyu-York şəhəri Manhetten borosunun qərb hissəsində yerləşən tarixi rayon. Rayonun sərhədləri cənubda 14-cü küçə, qərbdə Hudzon çayı və Vest Sayd Hayvey, şərqdə Altıncı prospektdə bitir, şimal sərhəd isə bəzən 20-ci küçə[2][3], bəzən isə başqa böyük küçə olan 34-cü küçə kimi qeyd olunur.[4][5] Çelsidən şimal qərbdə Cəhənnəm mətbəxi və Hadson Yard rayonları yerləşirlər; şimal şərqdən isə Dərzi kvartalı və Midataun Souzun qalan hissələrinə çatmaq olar; şərqdə NoMadFletayron rayonları salınıb; cənub qərbdə Mitpekinq; nəhayət cənub və cənub şərqdə Vest Villic və Qrinviç Villic kvartalları yerləşirlər.[6][a] Çelsi İngiltərənin London şəhərində yerləşən Çelsi Kral Xəstəxanasının adını daşıyır.

Çelsi
ing. Chelsea
40°44′47″ şm. e. 74°00′05″ q. u.
Ölkə
ŞtatNyu-York ştatı
RayonNyu-York
Boro (Nyu-York)Manhetten
Boro (Nyu-York)Manhetten
Tarixi və coğrafiyası
Sahəsi2 km²
Əhalisi
Əhalisi47,325 nəfər (2010)
Sıxlığı24 nəf./km²
Milli tərkibi
  • Ağ dərililər 65.1%
    Latinoamerikalılar 14.6
    Asiyalılar 11.8
    Qara dərililər 5.7
    Digər 2.8
    [1]
Rəqəmsal identifikatorlar
Poçt indeksi10001, 10011
Çelsi xəritədə
Çelsi
Çelsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Çelsi rayonuna tarixi Çelsi rayonu və oraya əlavə olunmuş ərazi daxildir, hansı ki Nyu-Yorkun görməli yerlərin qoruması komissiyası tərəfindən 1970 və 1981-ci illərdə təyin olunmuşdur.[7] Rayon 1977-ci ildə Tarixi Yerlərin Milli Reyestrinə əlavə edilmiş və 1982-ci ildə dövrün xüsusilə əhəmiyyətli memarlıq nümunələrini özündə əks etdirən qonşu kvartalları əhatə etmək üçün genişləndirilmişdir.

Rayon əsasən yaşayış yerləri, kirayə evləri, mənzil blokları, şəhər evləri və təmirli teras evlərin qarışığından ibarətdir, lakin çoxsaylı pərakəndə satış məntəqələri əhalinin etnik və sosial müxtəlifliyini əks etdirir. Bu rayonda çox sayda LGBTQ üzvləri yaşayır.[8] 200-dən çox qalereyası olan Çelsi rayonu şəhərin sənət dünyasının mərkəzlərindən biri olaraq tanınır. 2015-ci ildə olan vəziyyətə əsasən, rayonun centrifikasiyasına görə dəbdəbəli binalarda yaşayan varlılar və sosial mənizllərdə yaşayan kasıblar arasında gəlir cəhətdən böyük ara peydə olub, bəzən belə müxtəlif yaşayış yerləri bir yolun fərqli taylarında yerləşirlər.

Çelsi Manhettenin 4-cü ictimai şurasının bir hissəsidir və onun əsas ZİP kodu 10001 və 10011-dir.[9] Bura Nyu-York şəhəri Polis İdarəsinin 10-cu departamenti tərəfindən patrul edilir.

İstinadlar

Qeydlər

Mənbələr