"Xidmətlərə görə" ordeni (Fransa)

Xidmətlərə görə ordeni (fr. Ordre national du Mérite) — Fransanın milli ordeni. Fransa prezidenti general Şarl de Qollun 3 dekabr 1963-cü il tarixli dekreti ilə təsis edilib.[1]

Xidmətlərə görə ordeni
Ordre national du Mérite

Ölkə Fransa
TipOrden
Kimə verilirHərbi və mülki şəxslərə
Təltif edir
StatusVerilir
Statistika
Təsis tarixi3 dekabr 1963-cü il
Ardıcıllıq
Yüksək mükafatHərbi medal (Fransa)[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Orden ilə mühüm mülki və hərbi xidmətlərinə görə fərqlənmiş Fransa vətəndaşları və əcnəbilər təltif oluna bilər. Təltif edilmə barədə qərarı, hökumətin təqdimatı əsasında ordenin Qrossmeysteri olan Fransanın baş naziri qəbul edir. Fransanın baş naziri, postunda 6 ay fəaliyyət göstərdikdən sonra Böyük xaç kavalyeri olur.

Fəxri Legion ordeninin böyük kansleri eyni zamanda xidmətlərə görə ordeninin də kansleri hesab olunur.

Xidmətlərə görə ordeni əhəmiyyətinə görə Fəxri Legion ordeni, Azadlıq ordeni və Hərbi medaldan sonra Fransanın dördüncü mükafatı sayılır.

1972-ci il iyulun 27-də xidmətlərə görə ordeni üzvlərinə qarşılıqlı yardım cəmiyyəti yaradılmışdır. Cəmiyyətin adı 26 oktyabr 1974-cü ildə xidmətlərə görə ordeni üzvlərinin Assosiasiyasına dəyişdirilib.

Həmçinin bax

İstinadlar

Xarici keçidlər